Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazir BƏƏ nümayəndə heyəti ilə görüşdü

Baxılıb: 515     Tarix: 28-02-2019 17:18   

Mədəniyyət naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyinin Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl Qasiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əlaqələr, bu sahədə Şarca Əmirliyi ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev hazırda cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq işlərinin görüldüyünü bildirib. Nazir, həmçinin yaradıcı sənayelər sahəsində həyata keçirilən və planlaşdırılan fəaliyyət istiqamətləri barədə məlumat ib
Şeyx Fahim bin Sultan Əl Qasimi səfərin məqsədinin Azərbaycanla Şarca Əmirliyi arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olduğunu bildirib. Şarca şəhərinin 2019-cu il üçün YUNESKO-nun Dünya Kitab Paytaxtı elan olunduğunu qeyd edən Əl Qasimi bununla əlaqədar Şarca şəhərində təşkil olunacaq kitab sərgisi və irs günlərində ölkəmizi yüksək səviyyədə iştirak etməyə dəvət edib.
Əbülfəs Qarayev təklifi yüksək qiymətləndirdiyini və sözügedən tədbirlərdə iştirak məsələsinin nəzərdən keçiriləcəyini bildirib. Nazir, həmçinin cari ilin payız aylarında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Həftəsinin keçiriləcəyini qeyd edərək qarşı tərəfi tədbirdə iştiraka dəvət edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar