Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Fəxrəddin Abbasov Bakıya gətirilir? - Açıqlama

Baxılıb: 582     Tarix: 01-03-2019 12:55   
Azərbaycan Respublikası Baş Prokurorluğu Fəxrəddin Abbasovun ekstradasiyası ilə bağlı açıqlama verib.
Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov Qanunvehedef.az-ın sorğusuna cavab olaraq bildirib ki, talış separatçısı və Ələkrəm Hümbətovun yaxın adamlarından biri kimi tanınan Fəxrəddin Abbasovun Azərbaycana ekstradasiyası ilə bağlı Baş Prokurorluqda heç bir informasiya yoxdur.
Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının yaydığı məlumata görə, F.Abbasov Rusiyanın Lyuberç şəhərindəki istintaq təcridxanasından yoxa çıxıb.
“Amnesty İnternational” təşkilatının Rusiyadakı nümayəndəliyinin direktoru Natalya Zvyagina isə Abbasovun təcridxanadan Azərbaycana ekstradisiya üçün azad edilə biləcəyini iddia edib.
Abbasov 2018-ci il sentyabrın 6-də Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada həbs edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar