Xəbər lenti
11/07/2025 [12:35]
Sabah hava necə olacaq?
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Satış yerlərimizi Abutalıbov sökdürüb… - Deputat

Baxılıb: 942     Tarix: 04-03-2019 15:40   

Təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərik. Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə indi özümüz satış yarmarkası təşkil edə bilmirik.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Mərkəzi Koorperativlər İttifaqının (“Azərittifaq”) rəhbəri Eldar Quliyev Report-a geniş müsahibəsində bildirib.
Deputat qeyd edib ki, “Azərittifaq” sovet dövründə özəl sektor kimi fəaliyyət göstərib:
“Respublikanın bütün rayonlarında əhaliyə ticarət və iaşə xidmətini göstərirdi, kolxoz bazarları “Azərittifaq”ın nəzdində idi, tədarük sahələrimiz vardı, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışını təşkil edirdik. Təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan dövlətlərin hamısında bu qurum fəaliyyət göstərir. Lakin hazırda fəaliyyət istiqaməti bir qədər fərqlidir. Bütün rayonlarda təşkilatımız var və onlar, əsasən, icarə qaydasında işləyir, koordinasiyanı isə biz edirik. Bizim onlara məhsul verməyimiz səmərəli deyil. Çünki həm biz, həm də yerli təşkilat xərcləri məhsula əlavə edərsə, satış qiymətləri baha olacaq. Hazırda bazarda rəqabət var, əsas prinsip keyfiyyətli və ucuz məhsul əldə etməkdir.
Təşkilatın fəaliyyətini davam etdirməsi vacibdir. Burada çoxsaylı payçılarımız işlə təmin olunub. Təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərik. Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik. Digər sahələrdə isə fəaliyyətimizi davam etdiririk”.шаблоны для dle 11.2