Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputat müsəlman qadınlarla görüşdü – Foto

Baxılıb: 726     Tarix: 04-03-2019 15:48   

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Şri-Lankanın paytaxtı Kolombo şəhərində “Qadınların gələcəyi 2019” adlı II beynəlxalq konfransda təmsil olunan müsəlman ölkələrinin fəal qadınları ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə ölkələr arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb.
Müsəlman ölkələrinin fəal qadınları təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın getdikcə daha sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.
Q.Paşayeva və nümayəndə heyətinin üzvləri onlara birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə də danışıblar.
Müzakirələdə deputat Qarabağ həqiqətləri ilə bağlı da geniş məlumat verilib.
Q.Paşayeva 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etdiyini bildirib.
Görüşdə Azərbaycanın iqtisadi, turizm potensialı, tarixi və mədəniyyəti ilə bağlı məlumatlar verilib.шаблоны для dle 11.2