Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Zabelin erməni səfirə yazdı: Haqlısınız, Rusiya olmasa...

Baxılıb: 651     Tarix: 04-03-2019 16:13   

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin rusiyalı deputatların Bakıda keçirilən yürüşdə iştirakına görə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vardan Toqayanın hiddətlənməsi ilə əlaqədar ona açıq məktub göndərib.
Qanunvehedef.az Azərtac-a istinadla məktubu təqdim edir:
“Cənab səfir. Təəssüf ki, siz haqlısınız. Rusiya dövləti Ermənistana həmişə ciddi kömək göstərib və göstərir, onu dəstəkləyib və dəstəkləyir. Rusiyanın sayəsində Ermənistan dövlətinin və erməni xalqının sosial-iqtisadi vəziyyəti hələ “mövcudluğunu” davam etdirir və “o, köpəyoğludur, amma bizim köpəyoğludur” prinsipi əsas götürülməklə Ermənistana hər şeyi bağışlayırlar.
Rusiyalı bir sıra parlamentarilərin və bəzi ictimai xadimlərin mövqeyinə görə sizin hiddətlənməyinizin səbəbi tamamilə aydındır, axı onlar Ermənistandan icazə istəmədən Xocalı faciəsinin qurbanlarına abidə önünə çiçəklər qoymağı, qolları heç bir təqsiri olmayan Xocalı sakinlərinin – qocaların, qadınların və uşaqların qanına dirsəyə qədər bulaşmış erməni nasistlərin hərəkətlərinə obyektiv münasibət bildirməyi özlərinə rəva görüblər.
Ermənistanın faşist ideologiyasının və Rusiyaya qarşı mübarizənin rəmzinə çevrilmiş nasist cani Qaregin Njdenin timsalında nasizmin təriflənməsinə və qəhrəmanlıq kimi qələmə verilməsinə görə monomillətli, millətçi Ermənistanı kim qınaya bilər?!
Ermənistanda rus əhalinin və rus dilinin sıxışdırılmasına, rus məktəblərinin bağlanmasına görə Ermənistanı kim qınaya bilər?!
“Dənizdən-dənizə böyük Ermənistan” kimi şovinist və “böyük millətçilik” arzusu naminə terrorizmə, qonşu dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə görə Ermənistanı kim qınaya bilər?!
Siz Rusiya ilə “dostluq və səmimi münasibətlər körpüləri salınması” barədə danışanda yəqin ki, Ermənistanın bu siyasətini nəzərdə tutursunuz.
Xoşbəxtlikdən, böyük Rusiyada nasist ideologiyasını əsas tutan Ermənistanın şovinist, millətçi siyasətinin nəyə gətirib çıxara biləcəyini anlayan siyasətçilər və ictimai xadimlər çoxdur və Rusiyanın “öz köpəyoğlusunun” hərəkətlərinə səbri tükənməz deyil”.шаблоны для dle 11.2



Ən çox oxunanlar