Nazir beş mininci pensiyaçıya hədiyyə verdi - Foto
Baxılıb: 985 Tarix: 05-03-2019 12:50
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir qəbul mərkəzi açılıb.
Qanunvehedef.az xəbər verir ki, mərkəzin açılışında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yeni qəbul mərkəzinin yaradılmasının əlamətdar hadisə olduğunu deyib:
“Təkcə son iki ayda nazirlikdə 5215, DSMF-də isə 5348 vətəndaşın qəbulu həyata keçirilib. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri - əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardım ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır.
Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas davranış xüsusiyyətləridir. Fondun təcrübəli mütəxəssisləri mərkəzə cəlb olunaraq, onlar üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilib”.
Tədbir çərçivəsində S.Babayev elektron qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı – Tahirov Ramiz Tahir oğlu ilə də görüşüb. Pensiyaçıya müvafiq bank kartını və hədiyyə təqdim edən nazir bildirib ki, Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən pensiya təyinatının avtomatlaşdırılması nazirliyin proaktiv xidmətlər sahəsində ilk və uğurlu addımıdır. Artıq 5 min insan bu xidmətdən faydalanıb. Bu nümunə sosial təminat sisteminin bütün sahələrində tətbiq olunacaq.
Vətəndaş Ramiz Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən, 64 yaşının tamam olduğu gün - ad günündə ona elektron qaydada pensiya təyin olunmasından, bu barədə ona mesaj vasitəsilə məlumat verilməsindən məmnunluğunu bildirib. O, elektron qaydada belə rahat, şəffaf, çevik pensiya təyinatı mexanizmi yaradıldığına, eyni zamanda pensiyaların mütəmadi olaraq artırıldığına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Ən çox oxunanlar
Son xəbərlər