Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Abbasov və Yaşaroğlu MM-də müzakirə edildi

Baxılıb: 727     Tarix: 05-03-2019 15:28   

Rusiyada fəaliyyət göstərən jurnalist, fəal Fuad Abbasova ermənilər tərəfindən edilən təzyiq və təqiblər çox ciddi narahatlıq doğurur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili eyni zamanda, ombudsman Elmira Süleymanovanı Rusiyanın rəsmi informasiya agentliyi olan “Sputnik”in Azərbaycan bürosunun sabiq baş redaktoru Mətin Yaşaroğlunun məsələsini xüsusi diqqətdə saxlamağa çağırıb.
O bildirib ki, Rusiya da daxil olmaqla, xarici ölkələrdə azərbaycanlı fəallara qarşı ermənilərin artan təzyiq və təqibləri fonunda soydaşlarımızın müdafiəsi istiqamətində işlər genişləndirilməli və sürətləndirilməlidir.
Millət vəkili Gürcüstanda yaşayan bir sıra soydaşlarımızın pozulan haqlarından da danışıb.
Q.Paşayeva həmkarı Fərəc Quliyevin bu istiqamətdə səsləndirdiyi təklifləri də dəstəkləyib və ombudsmandan bu məsələni də xüsusi diqqətdə saxlamağı xahiş edib.
Qeyd edək ki, F.Abbasovu ermənilər təhdid ediblər, “Sputnik Azərbaycan” redaksiyasının redaktoru M.Yaşaroğlu isə ermənilərin təzyiqi ilə işdən çıxarılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar