PREZİDENTƏ VƏ VİTSE-PREZİDENTƏ MÜRACİƏT
Baxılıb: 532 Tarix: 07-03-2019 14:43
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası “Qanun və Hədəf“ Beynəlxalq ictimai-siyasi hüquq qəzetinin baş redaktoru cənab Mehman Ziyadova
Sumqayıt şəhəri 16-cı məhəllə,1 saylı uşaq bağcasında məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Behbudov Teymur Əsgər oğlu tərəfindən
ƏRİZƏ
Mən - 1 qız, 2 oğul atası, beş nəfər ailə başçısı bu gün yuxarıda qeyd etdiyim 1 otaqlı mənzildə yaşayış üçün ağlagəlməz dərəcədə dözülməz bir durumda yaşamaq məcburiyyətindəyik. Adətən adamlar uşaq vaxtı bağçada olduğu bir halda, biz istər - istəməz məcburiyyət qarşısında olduğumuzdan, burda bu yaşımızda yaşamaq zorundayıq. Oğlanlarım vətənə xidmət hərbi borcunu vətənə layiq yerinə yetirmiş və hər biri 31-32 yaşlarındadır. Ailə qurmalarına heç bir imkan yoxdur.
Cənab Prezident, qaçqın və məcburi köçkünlər üçün yüksək səviyyədə hərtərəfli şərait yaradaraq bizləri hər bir şəraitlə təhciz edilmiş mənzillə təmin etməklə yanaşı hər cür qayğı göstərərək deyir: ”Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir”.
Belə bir halda bizimlə bərabər burada yaşayan məcburi köçkünlər evlə təmin etmək məqsədilə aidiyyati məsul qurumlar tərəfindən siyahıya alındığı bir halda, hansısa müəmmalı, neqativ səbəbdəndirsə, məqsədli şəkildə bu məmurlar mənim ailəmi siyahıya almır.
Cənab Prezident və Vitse Prezident, 27 dekabır 2018-ci il tarixində Sumqayıt şəhəri, 12-ci mkr-da dövlət tərəfindən tikilib inşası tamamlanmamış 1005 ailəlik 8 mərtəbəli 8 bina və 4 on beş mərtəbəli binadan ailə üzvlərimində mənzillə təmin olunmağıma dair etdiyim xahiş belə nəzərə alınmamış və bu günə qədər də heç bir cavab da vermirlər.
Mənim sizlərə etdiyim müraciəti nəzarətə götürüb diqqətdə saxlayaraq ailə üzvlərimin mənzillə təmin edilməsinə dair aidiyyatı məsul qurumlara göstəriş verməyinizi xahiş edirəm.
Əminəm ki, etdiyim xahiş tərəfinizdən qəbul edilib diqqətdə saxlanılacaqdır.
Hörmətlə: Teymur Behbudov AZE №0992740
Mob: (055) 844-82-06
Ən çox oxunanlar
Son xəbərlər