Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Avtovağzal gücləndirilmiş rejimə keçir

Baxılıb: 1 063     Tarix: 13-03-2019 16:18   

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qanunvehedef.az xəbər verir ki, BBAK tərəfindən sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.
Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.
Səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq, avtovağzalınvə Nizami küçəsi 126a ünvanında yerləşən “Silkvey” turizm şirkətinin kassalarındanvə onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.шаблоны для dle 11.2