Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qara kəmər” əməliyyatının əsas fiqurantlarından biri əfvə düşdü

Baxılıb: 527     Tarix: 16-03-2019 22:22   
Qanunvehedef.az-ın məlumatına görə, məşhur “Qara kəmər” əməliyyatının əsas fiqurantlarından və Hacı Məmmədovun dəstəsinin aparıcı simalarından sayılan sabiq DİN polkovniki Kamil Sədrəddinovun adı prezidentin əfv sərəncamına salınıb.
Belə ki, 2007-ci ildə ömürlük həbs cəzasına məhkum edilmiş K.Sədrəddinovun cəzası 20 illik həbslə əvəz edilib. Bu sərəncamla yalnız iki ömürlük həbs cəzası almış məhkumun cəzası 20 ilə endirilib ki, onlardan da biri K.Sədrəddinovdur.
Xatırladaq ki, polkovnik K.Sədrəddinov Daxili İşlər Nazirliyinin şöbə rəisi vəzifəsində işləyib və istintaq onu Hacı Məmmədovun dəstəsinin fəal üzvlərindən sayırdı. O, məlum dəstənin prokurorun ömürlük həbs tələb etdiyi 10 üzvündən biri idi.
Onu da qeyd edək ki, Hacı Məmmədovun işi ilə bağlı məhkum edilmiş general Zakir Nəsirov da ötən il azadlığa buraxılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar