Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cavid Qurbanov qatar qalmaqalına münasibət bildirdi

Baxılıb: 543     Tarix: 18-03-2019 12:07   

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov SIA Albuve şirkətindən yeni alınan 5 elektrik qatarından birinin verilməməsi, hazırda davam edən məhkəmə prosesi ilə bağlı mətbuatda yayılan məlumatlara ilk dəfə münasibət bildirib.
C.Qurbanov Azvision.az -a açıqlamasında deyib ki, şirkət tərəfindən elektrik qatarı ölkəyə göndərilmədiyi üçün ödəniş edilmir.
“Latviyanın keçmiş zavodundan elektrik qatarı almaq barədə müqavilə bağlamışıq. Onlar bizə elektrik qatarını göndərməlidir ki, biz də pulunu verək. Dörd elektrik qatarının pulunu vermişik. Azərbaycanın qanuna əsasən ölkəyə mal gələndə valyuta çıxa bilər. Onlar bizə nə zaman elektrik qatarını göndərəcəklər, biz də onda onlara ödəniş edəcəyik”.
C.Qurbanovun sözlərinə görə, həmin şirkətin bankla bağlı problemi var.
Qeyd edək ki, mətbuatda yayılan məlumata əsasən, Latviyanın "ALBUVE” ASC şirkəti Azərbaycan Dəmir Yolları QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək həm Bakıda, həm də Latviyada məhkəməyə verib.
Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, Azərbaycan Dəmir Yolları QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə Azərbaycan Dəmir Yolları QSC-nin hesabından 522 000 avro tutularaq ALBUVE ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiada, həmçinin bu vəsait ödənilənə qədər Azərbaycan Dəmir Yolları QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.
Azərbaycan Dəmir Yolları QSC isə borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi ALBUVE ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərib.
Xatırladaq ki, Azərbaycan Dəmir Yolları QSC ilə Latviyanın ALBUVE ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar