Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şəmkirdə qəbirləri dağıdan şəxs tutuldu

Baxılıb: 569     Tarix: 02-04-2019 12:20   
Aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbiristanlıqda naməlum şəxs və ya şəxslər tərəfindən iki qəbir daşının yararsız hala salınması, 50-dən çox məzar daşının isə yaxınlığında olan güldanlarının qırılmasını bildiriblər.
Daxili İşlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanılıb. 2010-cu ildən Şəmkir rayon Poliklinikasında epilepsiya, yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan C.Nəcəfli ilkin dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar