Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ - Aldana bilərsiniz - Yeni üsul

Baxılıb: 562     Tarix: 05-04-2019 10:44   
"Eset" antivirus proqram təminatı istehsalçısı "WhatsApp" istifadəçilərini diqqətli olmağa səsləyib. Fişinq hücumu zamanı messencerdə interfeysin rənginin dəyişdirilməsi adı altında zərərverici genişlənmə quraşdırılır.
Qanunvehedef.az yenicag.az-a istinadən xəbər verir ki, şirkətin məlumatına görə, potensial qurbanlar "WhatsApp"ın interfeysinin yaşıl rəngini istənilən digər rəngə dəyişdirməyi təklif edən mesaj alırlar. Bundan ötrü istifadəçilər linkə keçid etməli, zərərverici komponent və ya bütün proqramı quraşdırmalıdırlar.
Fərdi kompüter və noutbuk istifadəçilərinə "Chrome" brauzeri üçün "Black Theme for WhatsApp" adlı genişlənməni yükləmək tövsiyə edilir. Messenceri açdıqdan sonra quraşdırılmış genişlənmə avtomatik olaraq kontakt siyahısı və qrup çatları üzrə "cəlbedici" təklif göndərir.
Smartfon sahiblərini virusa yoluxdurmaq üçün başqa ssenari nəzərdə tutulub. Onlar interfeysin rənginin dəyişdirilməsi üçün linkin 30 dost və ya 10 çat ilə paylaşılması haqqında bildiriş alırlar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar