Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Direktoru döyən aktyor yenidən hakim qarşısında

Baxılıb: 504     Tarix: 06-04-2019 16:36   
Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə yenidən təyin olunub.
Qanunvehedef.az qafqazinfo-ya istinadən xəbər verir ki, martın 4-də keçirilən hazırlıq iclasında işə baxan hakim Ələddin Cəfərov özü-özünə etiraz etmişdi. Belə ki, hakim bu iş üzrə şahid olduğu üçün prosesə sədrlik edə bilməyəcəyini açıqlamışdı. Ə.Cəfərov Nizami rayon məhkəməsinin sədri olduğu üçün onun etirazına Bakı Apellyasiya Məhkəməsində baxılıb və etiraz təmin edilərək iş yenidən rayon məhkəməsinə qaytarılıb. Bu dəfə iş başqa bir hakimin sədrliyi ilə araşdırılacaq. İlkin hazırlıq iclası aprelin 10-na təyin edilib.
Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar