Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Tanınmış həkim Aftandil Mehdiyev vəfat edib.

Baxılıb: 660     Tarix: 06-04-2019 17:33   
Tanınmış həkim, otorinolarinqoloq Aftandil Mehdiyev aprelin 5-də vəfat edib. Modern.az-ın məlumatına görə, bu barədə mərhumun qohumları bildiriblər.
A.Mehdiyev 1967-1973-cü illərdə N. Nərimanov Azərbaycan Tibb Universitetində təhsil alıb.
1973-1974-cü illərdə M. Ə. Əfəndiyev adına 2 saylı şəhər kliniki xəstəxanasında otolarinqologiya üzrə internaturanı keçib.
1973-1974-cü illərdə Bakı Şəhər Respublika Xəstəxanası otorinolarinqoloq kafedrasında kurs keçib.
1974-1977-ci illərdə Naxçıvan MR-in Şahbuz rayon mərkəzi xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.
1977-1994-cü illərdə Naxçıvan MR-in Şərur rayon mərkəzi xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.
1994-cü ildən bu günə qədər Bakı şəhəri 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışırdı.
Eyni zamanda 2008-ci ildən indiyə kimi Xətai Estetik Klinikasında həkim-otorinolarinqoloq vəzifəsində işləyirdi.
Şərur rayonunun Yuxarı Daşarx kəndinin sakinləri Aftandil Mehdiyevin vəfatından kədərləndiklərini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin…



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar