Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əskərova.

Baxılıb: 3 085     Tarix: 09-04-2019 14:34   
         

   Haqqında şərh təqdim edəcəyimiz nüfuzlu ziyalı-Respublikanın Əməkdar müəllimi adını  şərəf və ləyaqətlə daşıyan Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru  Yeganə Əskərova.
Bu gün Azərbaycanda təhsilimiz nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət göz qabağındadır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin bölgələrdə həyata keçirdiyi yeniliklərlə bağlı olaraq nəinki mərkəzdə, hətta ucqar yerlərdə də təhsilin inkişafını təmin edir. Bu gün təhsil sahəsində irəliləyişlərin olması, qazanılan nailiyyətlər təbii ki, Azərbaycanımızın, xalqımızın gələcəyə addımlayan uğurlarından xəbər verir.
    Ümummilli liderimiz H.Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Bu o deməkdir ki, bu gün hansı peşə sahəsində çalışmağımızından asılı olmayaraq, hər birimiz öz müəllimlərimizə minnətdar olmalıyıq.
Yeganə xanım Əskərova böyük bir kollektivə rəhbərlik edən direktor və təcrübəli müəllim kimi elə bir zirvə fəth edə bilmişdir ki, o zirvəyə yalnız haqq - ədalət yolu ilə çalışanlar yetə bilir.
    Mövzu ilə bağı bir məqamı da qeyd etməyi özümüzə borc bilirik: KİV nümayəndələrinin bir neçə bölgədə apardığı sorğuya əsasən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinə rəhbərlik edən daha Yeganə Əskərovadan çox razılıqlar eşidilmişdir. Məktəbin Pedaqoji kollektivi, məzun və valideynlər, rayon əhalisi onun öz vəzifəsində məsul, diqqətli və qayğılı olmasının şahidi olduqlarını bildirirlər. Yeganə Əskərova vəzifəyə  gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar. Hər il məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olurlar.
Yeganə Əskərovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Bizdə hörmətli Yeganə Əskərovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar