Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xeyriyyəçi sahibkar – Hafiz həkim

Baxılıb: 723     Tarix: 10-04-2019 14:44   

  Həkim olmaq həm çox çətin həmdə çox məsuliyyətli peşədir.Hər bir xəstəyə fərdi yanaşmaq,onların şəxsiyyətinə diqqət və hörmətlə yanaşmaq həkimlərin müqədəs borcudur..
Əziz oxucular mövzudanda artıq sizlərə bəlli oldu ki,bu gün sizlərlə tanış edəcəyim məhz əczaçılıqla məşğul olan Hafiz həkimlərdir.
O, geydiyi ağ xalatın təmizliyini hər şeydən üstün tutan tibb işçilərindəndir. İnsanlara həssas, qayğıkeş münasibət bəsləməsi, ona üz tutanları naümid qoymaması ilə tanınır. Çalışdığı illər ərzində  müdrikləşmiş, daha böyük hörmət-izzət sahibi olmuşdur. İndi Cəlilabad rayonunda əczaçı Hafiz həkimi tanımayan az adam tapılar.
İlk təəsüratımda həkimin çox mehriban,qayğıkeş və ən önəmlisi savadlı olması diqqətimi çəkdi. Cəlilabad rayonunda böyük hörmət və nüfuza malik olan aptekin rəhbəri Hafiz müəllimdə  bu şərəfli və eyni zamanda məsuliyyətli işində hər zaman xəstələrinə diqqətlə yanaşır,dinləyir,dərdlərinə əlac olmağa çalışıb heç kəsi naümid buraxmır..
Soyuqda,qarlı havalarda xəstəxanaya gedə bilməyən insanların yardımına həkimlər və əczaçılar özü yetir.
Hafiz həkim fəxr edir ki, on illərcə böyüyüb inkişaf edən, dəyişən, abadlaşan və əhalisinin sayı artan Cəlilabad sakinlərinin sağlamlığının möhkəmləndirilməsində, onların bu və digər xəstəliklərdən sağalmasında onun da zəhmət payı var. O, hamının dərdini öz dərdi hesab edir. Bəzən kimsəsizlərə, imkansızlara, qaçqın və məcburi köçkünlərə dərman preparatlarını öz hesabına pulsuz verməkdən, çətin tapılan iynə-dərmanları axtarıb əldə etməkdən zövq alır. Həmkarları bir qayda olaraq məsləhət üçün çəkinmədən ona üz tutur, peşənin, insanlarla davranmanın, xəstələrin qəlbini ələ almağın sirlərini məhz Hafiz həkimdən öyrənir, ondan görüb-götürürlər.
Ağsaqqal həkim-əczaçının qənaətinə görə, bu sahədə çalışanın ilk növbədə şirin dili və tükənməz səbri olmalıdır:
Qonşulardan, yaxın insanlardanda əldə etdiyim məlumatlarda da həkim və əczaçılıq haqqında yalnız xoş sözlər eşidəndə ilk təəssüratımda yanılmadığımı bildim.
Düşünürəm ki,nə yaxşı ki Cəlilabad rayonunda Hafiz  müəllim kimi işini bilən, sənətini sevən peşəkar insanlar var, İnsanın ən dəyərli sərvətini-sağlığını əminliklə etibar edəcəyi bir rəhbər..
Bu yazını heç bir reklam məqsədilə yazmadım. Sadəcə oxuyan hər kəs bilsin istədim ki, bölgələrimizdə Hafiz müəllim kimi işinin peşəkarı,həkim adına layiq savadlı və məsuliyyətli rəhbərlər var!
İşlərinizdə uğurlar arzu edirik!

шаблоны для dle 11.2



Ən çox oxunanlar