Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Metropolitenin ilk xanım maşinisti Günaydan AÇIQLAMA - FOTO

Baxılıb: 783     Tarix: 13-04-2019 17:16   
"İlk maşinist qadın olduğum üçün çox sevincliyəm".
Bunu metropolitenin ilk xanım maşinisti Günay Həbibli deyib. O, 2016-cı ildən metronun "Memar Əcəmi" stansiyasında qatarları qəbul edilib yola salınması üzrə növbətçi işləyib:
"Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim. 10-qadın maşinist namizəd arasından mən seçildim. Bu mənim üçün çox böyük uğurdur. Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu çox böyük məsuliyyətdir.
Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir ki, biz onların qatarlarda təhlükəsiz şəkildə daşınmasından sorumluyuq. Mən işimi çox sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil". //azvisionшаблоны для dle 11.2