"Nə qədər ki, Onkoloji xəstəlik pul mənbəyi olaraq qalacaq..."- Fazil Mustafadan daha bir ŞOK AÇIQLAMA
Baxılıb: 623 Tarix: 15-04-2019 13:24
"Ölkədə ilk növbədə Onkoloji və digər xəstəliklərin sürətlə yayılması qida ilə bağlıdır. İnsanlar vaxtı keçmiş, zəhərli qidalardan xəstəlik tapırlar".
Bu sözləri sosial şəbəkədə Onkoloji xəstəliklə bağlı yazdığı statusa aydınlıq gətirərkən millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili Səhiyyə işçilərinin bilik səviyyəsindən danışıb:
"İkinci növbədə həkimlərin bilik səviyyəsi yetərli deyil. Azərbaycanda tibb təhsili aşağı səviyyədədir. Üçüncüsü isə, korrupsiyanın kifayət qədər geniş olmasıdır. İnsan sağlamlığını pul qazanmaq vasitəsinə çeviriblər. Bu, üç amil Azərbaycan səhiyyəsinə ciddi şəkildə təsir edir. Ona görə də, son bir il ərzində daha çox Onkoloji xəstəliklərin sayı kəskin artıb. Bu da insana həm maddi, həm də mənəvi ziyan vurur. Ölkədə gənc yaşında vəfat edən insanların çoxu Onkoloji xəstəlikdən həyatını itirir. Digər xəstəlikləri pis-yaxşı müalicə etmək mümkün olur, ancaq Onkoloji xəstəlik də həm pul vəsaiti çox tələb olunur, həm də xüsusi xidmət yetərli səviyyədə deyil. Xarici ölkələrin əksəriyyətində Onkoloji xəstələrə pulsuz xidmətlər göstərilir. Biz də isə, adı pulsuzdur. Ölkəmizdə nə qədər ki, Onkoloji xəstəlik pul mənbəyi olaraq qalırsa, heç bir zaman bu problem kökündən həll olunmayacaq. Həm diaqnozlar səhv qoyulur, həm həkim savadsızlığı, həm də rüşvətxorluq davam edir. Bu da dövlət səviyyəsində müzakirəyə çıxarılmalıdır. Vətəndaşın xəstəlikdən xilas olunması üçün çıxış yolu tapılmalıdır. Onkoloji xəstəlik həqiqətən də həyacan təbili çalan xəstəlikdir".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin katibi Səfayə Əhmədova, Həkimin xəstəyə səhv diaqnoz qoyması fikrinə münasibət bildirib. Onun sözlərinə, səhv diaqnoz xoşagəlməz bir haldır:
"Dünyanın hər bir yerində həkimin xəstəyə səhv diaqnoz qoyması halı baş verir. Xoşagəlməz hal olsa da, ancaq qaçılmaz faktdır. Dəfələrlə olub ki, ölkəmizdə həkim öz xəstəsinə diaqnoz qoyub, lakin xəstə inanmayıb xarici ölkəyə üz tutub. Başqa üsullarla müalicə olunub, ancaq bir müddətdən sonra ölkəmizdə həkimin qoyduğu diaqnoz öz təsdiqini tapıb. Sonucda artıq gec olub, müalicə etmək də mümkün olmayıb".
Gülnarə Eynullaqızı
Ən çox oxunanlar
Son xəbərlər