Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

3 azərbaycanlı fəal azadlığa buraxıldı - Foto

Baxılıb: 636     Tarix: 15-04-2019 16:32   

Sulduz 2 nömrəli Cəza Məhkəməsinin 103-cü şöbəsi azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Sattari barəsində bəraət hökmü çıxarıb.
Qanunvehedef.az xəbər verir ki, fəallar “qanunsuz yığıncağa qatılmaq, başqalarını yığıncağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparma” ittihamı ilə aprelin 7-də mühakimə olunub.
Qeyd edək ki, adı çəkilən fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda saxlanılıb. Dosye təşkil olunduqdan 2 ay sonra məhkəmənin prokurorluqdakı nümayəndəsi tərəfindən bağlansa da, Sulduz prokuroru təhlükəsizlik qüvvələrinin təzyiqi ilə dosyeni yenidən bərpa edərək fəalların təqib edilməsi haqda qərar qəbul etmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar