Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tərkibində “gizli şəkər” olan qidalar – SİYAHI

Baxılıb: 685     Tarix: 16-04-2019 10:10   
Bəzi qidaların tərkibində bol miqdarda şəkər olduğu üçün ürək xəstəliyi, diabet, erkən yaşlanma kimi bir çox problemə yol açır.
Təxmin belə etmədiyiniz qidaların tərkibi şəkərlə zəngindir. Sağlam qida vasitəsi hesab etdiyiniz qidaların bəzilərində şəkərli maddələr var. Hətta duzlu vasitələrin təkibində də şəkərli maddələr yer alır.
Medicina.az “gizli şəkər” tərkibli qidaların siyahısını təqdim edir.
Çörək: Ağ çörək şəkərdən ibarətdir.
Salat sousları: Sağlam qidalanmaq üçün salatlara üz tuturuq. Lakin onlara dad verən sousların tərkibində müəyyən qədər şəkər maddələri olur. Evdə hazırlanan souslardan istifadə etmək daha sağlam qidalanma üsulu olacaq.
Meyvəli yoğurdlar: İstehlak etdiyimiz yüngül və sağlam desert, həmçinin, qablaşdırılan meyvəli yoğurtlar bol şəkər ehtiva edir. Bunu da evdə özünüz rahatlıqla hazırlaya bilərsiniz. Südü özünüz mayalandırın ev şəraitində qatığınızı əldə edib, zövqünüzə uyğun meyvələrdən xırda-xırda doğrayıb, əlavə edə bilərsiniz. Bu üsul daha sağlam hesab olunur.
Konservləşdirilmiş və ya dondurulmuş meyvələr: Dondurulmuş meyvələrin təkibində şəkər olmur. Amma bəzilərində bu, az da olsa qeydə alınıb. Alış-veriş zamanı edilməsi lazım olan ən mühüm addım qablaşdırma etiketini diqqətlə oxumaq və nələr ehtiva etdiyinə diqqət yetirməkdir.шаблоны для dle 11.2