Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Fəaliyyətində ən çox nöqsan aşkar edilmiş qurumlar – SİYAHI

Baxılıb: 540     Tarix: 17-04-2019 16:16   

Hesablama Palatası ötən il üzrə ayrı-ayrı dövlət qurumlarında aparılan tədbirlərin nəticəsi üzrə müəyyən edilmiş nöqsanları və yol verilmiş nöqsanların məbləğ hissəsində nöqsan istiqamətinin xüsusi çəkisi əks olunan məlumatı açıqlayıb.

“Report” xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi (Olimpiya İdman Komplekslərinin saxlanılması üzrə) və “Bakı Metropoliteni” QSC büdcə qanunvericiliyinin pozulması hallarının ən çox aşkar edildiyi qurumlardır.

Qurumlarda bu hal üzrə qeydə alınan nöqsan sayı müvafiq olaraq 10, 4 və 3-dür.

Dövlət satınalmaları ilə bağlı nöqsanlara gəlincə, Dövlət Komitəsində bu hal 5, nazirlikdə 8, QSC-də isə 6 dəfə baş verib.

Palatanın hesabatına görə, vergi və gömrük qanunvericiliyinin pozulması halına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən il ərzində rast gəlinməyib. Gənclər və İdman Nazirliyində isə bu hal 2, “Bakı Metropoliteni” QSC-də isə 4 dəfə baş verib.

Bundan başqa, ötən il ərzində mühasibat uçotu və hesabatlılıq ilə bağlı komitədə 5, nazirlikdə 7, QSC-də isə 4 nöqsan aşkar edilib.

Ümumilikdə isə bu qurumlar üzrə baş vermiş nöqsanların yekun sayı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 27, Gənclər və İdman Nazirliyi üzrə isə 24, “Bakı Metropoliteni” QSC üzrə 21-dir.



шаблоны для dle 11.2