“Ünvanı bəlli olmayan nəzir və qurbanlarda halallıq ola bilməz” – Rüstəmxanlıdan yeni təklif
Baxılıb: 544 Tarix: 20-04-2019 13:23
“İslam aləmində bir Vaqf anlayışı vardır. Əgər müsəlmanıqsa mənasını bilməliyik. Məqsədi, çox qısa şəkildə desək, Allah yolunda insanlara yardım etməkdir. İmkanlılar könüllü şəkildə, etiqadı və təmiz niyyəti ilə öz malından mülkündən imtina edib onun xeyriyyəçilik, lmkansızlara əl tutmaq niyyətiylə, təhsilin, elmin inkişafı, xalqın müdafiə gücünün artırılması, haqqın- ədalətin qorunması, vətənin abadlaşması yolunda sərf olunmasını istər”.
BakuPost.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
O, bildirib ki, Azərbaycanda vaqflar yoxdur, amma fondlar var. “Vaqf yaradan yoxdursa, deməli onun böyük dini- mənəvi, insani və ictimai dəyərini anlayan da yoxdur”.
S. Rüstəmxanlının sözlərinə görə, fondlarımız daha çox rəsmi şəkildə maliyyələşir, yardım edir, amma kimsənin hətta ölüm qabağı malını- mülkünü hər hansı xeyirxah iş üçün bir xeyriyyə təşkilatına vəsiyyət etdiyini və ya öz sərvəti ilə Allah yolunda imkansızlara yardım üçün bir fond və ya vaqf qurduğunu görən olmayıb:”Olubsa da, yəqin məhəlli əhəmiyyətli olub, xəbərsizliyimi mənə bağışlasınlar. Qoy çürüsün, xarici banklarda batsın, öz nəslinin vecsizlərini qudurtsun, amma toplumun, millətin xeyir işlərinə sərf olunmasın..
Vaqfçılıq insanın insanlığını göstərən çox böyük mənəvi məktəbdir. Hələ çoxallahlıq zamanlarından başlanır. İslamda ilk vaqfı Həzrəti Məhəmməd özü qurub. Qardaş Türkiyədə böyük vaqflar gələnəyi var. Vaqflar bankı, vaqflar idarəsi çalışmaqdadır . Vaqfların çoxu xeyirxah insanların ümumi səyi ilə qurulub, lazım olanda dövlət də yardımını əsirgəmir”.
Partiya sədri bildirib ki, xaricdə yaşayan zənginlərdən kimsə köməyə gəlsə, məmur öncə öz payını istəyəcək: “Azərbaycandakı böyük ziyarətgahlar niyə öz fondlarını və ya vaqflarını yaratmasın? Ola bilməz millətin sədəqəsi ancaq bir ailənin, bir varislər qrupunun cibinə axsın. Bu pullar Allah naminə yığılırsa, poçtla Allaha göndərilmir ki, kimlərinsə cibinə gedir. Halbuki, Allaha xoş gedən bu nəzirin cəmiyyət üçün, kasıblar üçün və halallıqla xərclənməsidir.
Yoxsa ola biıməz ki, bir dərgahda səhərdən axşama qurbanlar kəsilsin, nəzirlər toplansın, ondan millətə heç bir xeyir gəlməsin. Niyə bizdə heç olmasa ümumi bir ziyarətgahlar vaqfı yaradılmasın və bu vaqf ildə 10-15 gəncin xaricdə təhsilini maliyyələşdirməsin, yetim evlərinə kömək etməsin. Yaxud kasıb tələbələr üçün İmamzada, Əli aga, Fatimeyi Zəhra, Beşbarmaq, yaxud Mir Mövsüm ağa təqaüdləri kəsilməsin.
Ünvanı bəlli olmayan nəzir və qurbanlarda halallıq ola bilməz, yığılandan insana qayıdış yoxdursa Allah bunu qəbul etməz və bu, haramdır. Mən statistika ilə məşgul olmayacağam, lakin hər şey xalqın gözünün qabağındadır. İnanmıram ki, insanlarımızın ruhu quruyub, heç kim Allah və millət yolunda pul xərcləmək istəmir. Lakin burda şəffaflıq olmalıdır və yardım edən yardımının dibdiz quyuya atılmadığını, xeyirxah əməlinin nəticəsini görməlidir. Onda mənzərə dəyişilər. Buna görə də topluma xidmət edən, dövlətlə münasibətləri düzgün nizamlanan vaqfların qurulması zəruridir. Bu cəmiyyətdə qarşılıqlı yardımlaşma və milli birlik düyğusunu gücləndirər”.

Ən çox oxunanlar
Son xəbərlər