Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gürcüstan ermənilərindən Azərbaycana qarşı təxribat

Baxılıb: 567     Tarix: 24-04-2019 13:21   

Ötən gün axşam saatlarında Gürcüstanda ermənilərin yığcam yaşadıqları Axaltsixe rayonunda qondarma “erməni soyqırımı”nın 104-cü ildönümü ilə bağlı yürüş keçirilib.
Report xəbər verir ki, aksiya iştirakçıları əllərində məşəl tutaraq Gürcüstan və Türkiyədən “erməni soyqırımı”nın tanınmasını tələb ediblər.
Ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsində fəaliyyət göstərən xəbər saytlarının yaydığı fotolardan görünür ki, yürüşdə Gürcüstan və Ermənistanın dövlət bayraqları ilə yanaşı qondarma “Dağlıq Qarabağ Respublikası”nın da “bayrağı” dalğalandırılıb.
Analoji aksiya bölgənin Ninotsminda rayonu və paytaxt Tiflisdə də keçirilib.
Gürcüstanda yaşayan ermənilər hər il aprelin 23-24-də uydurma soyqırımın ildönümü ilə bağlı Samtsxe Cavaxeti bölgəsi və paytaxt Tbilisidə aksiyalar təşkil edirlər. Aksiyalarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı DQR-in "bayrağı" da dalğalanır. Gürcüstanın aidiyyatı qurumları yerli ermənilərin Azərbaycana qarşı bu təxribatının və separatçılığın təbliğinə yönəlmiş bu addımın qarşısını almaq üçün heç bir tədbir görmür. İşğaldan əziyyət çəkən və Azərbaycanın ərazi bütövlüyünü tanıyan Gürcüstanda DQR adlı işğalçı rejimin “bayrağı”nın dalğalandırılmasının qarşısı dərhal alınmalı və bu cür halların təkrarlanmasına yol verilməməlidir.
Qeyd edək ki, ermənilər bu gün saat 14:00-a Türkiyənin Gürcüstandakı səfirliyinin binası qarşısında “erməni soyqırımı”nın tanınması tələbi ilə aksiya təyin ediblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar