"Rüşvətxor məmurlar ölkəni talan ediblər" – Hafiz Hacıyev OD PÜSKÜRDÜ
Baxılıb: 520 Tarix: 26-04-2019 10:11
Xəbər verdiyimiz kimi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir.
Məsələ ilə bağlı Sonxebera.az-a Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev açıqlama verib.
Hafiz Hacıyev açıqlamasında söyləyib ki, tarixi abidələrə zərər vurmaq qətiyyən yolverilməzdir:
"Bu insanlar puldan ötrü dədələrinin qəbrlərini də satmağa hazırdırlar. Tarixi abidələrə zərər vuranlar Azərbaycan xalqının keçmişini unutdurmaq istəyirlər. Görünür ki, kimlərsə Azərbaycan xalqının keçmişini silmək, unutdurmaq istəyir. Ona görə də bu kimi yollara əl atırlar. Ancaq böyük səhvə yol verirlər. Bizim tarixi abidlərimiz, milli adət-ənənələrimiz, keçmişimiz qorunub saxlanılmalıdır. Əgər qoruya bilməsək, gələcək nəsillər tariximiz haqda heç nəyi bilməyəcəklər".
Hafiz Hacıyevin sözlərinə görə, Eldar Əzizov bu məsələyə reaksiya verməlidir:
"Mənim qardaşım İlham Əliyevin bu məsələdən xəbəri yoxdur. Qardaşımın xəbəri olarsa, dərhal reaksiya verəcək. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bu məsələdə diqqətçil olmalı və dərhal reaksiya verməlidir. Korrupsioner və rüşvətxor məmurlar ölkəni dağıdıb talan ediblər, onsuzda bir şey qalmayıb. Artıq tamahlıq edib tarixi abidələrin yerinə obyektlər tikdirirlər.".
Qeyd edək ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumatda qeyd edilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.
Gülnarə Eynullaqızı

Ən çox oxunanlar
Son xəbərlər