Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Abşeron Binə Peşə Liseyinin direktoru Nurəddin Həsənov yüksək insanlığı ilə seçilən vəzifəsini vicdanla yerinə yetirən ziyalıdır

Baxılıb: 1 375     Tarix: 01-05-2019 12:10   
 
 Bu gün təhsil sahəsində irəliləyişlərin olması, qazanılan nailiyyətlər təbii ki, Azərbaycanımızın, xalqımızın gələcəyə addımlayan uğurlarından xəbər verir. Ümummilli liderimiz H.Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Bu o deməkdir ki, bu gün hansı peşə sahəsində çalışmağımızından asılı olmayaraq, hər birimiz öz müəllimlərimizə minnətdar olmalıyıq.  Peşə liseyində  inkişafın hansı səviyyədə olduğunu öyrənməkdən ötrü üz tutduq  Abşeron Binə Peşə Liseyinə.  Peşə liseyinə daxil olanda həqiqətən də təhsil üçün belə gözəl binanın olması məktəbdə peşə təhsilinin inkişafı ilə bağlı məndə ilk təəsuratı oyatdı. Abşeron Binə Peşə Liseyinin direktoru Nurəddin Həsənovla görüşdük.
Peşə liseyinin direktoru Nürəddin Həsənov  yüksək insanlığı ilə seçilən vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Nurəddin müəllim vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Səmimiyyət və təbəssümlə suallarıma cavab verən Nurəddin müəllim son dövrlərdə peşə məktəbində  olan inkişafdan, məktəbin işçilərinə və tələbələrə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.


Direktorun sözlərinə görə, məktəbin tədris-istehsalat emalatxanaları yüksək səviyyədə, müasir tələbata uyğun əyani və texniki vasitələrlə, avadanlıq və cihazlarla təmin edilib. Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. Hazırkı dövrdə ölkə iqtisadiyyatının, sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var və  bu ehtiyacı ödəmək üçün peşə təhsili müəssisələrində sahə kadrları hazırlanmalıdır.
Peşə məktəbində  bu ürəkaçan inkişafın şahidi olduqdan sonra öz-özümə fikirləşdim ki, ümummilli lider H.Əliyevin qoyub getdiyi irs cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 
Bir xalqı məhv etmək üçün onun savadını əlindən almaq kifayətdir, məncə. Amma bu gün bizim xalqımız istənilən çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Çünki bizim təhsilimiz bizim möhkəm qalamızdır. Peşə məktəbində tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini Nurəddin  müəllim əsas amillərdən sayır. Nurəddin Həsənov bu tədris ilində məktəbin bütün dərslərində olmuş, tələbələrlə görüşmüş, onların peşələrə necə yiyələnməsinin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini vermişdir.
 


шаблоны для dle 11.2



Ən çox oxunanlar