Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazirlikdən müraciət: Bu alətlərdən istifadə etməyin!

Baxılıb: 495     Tarix: 03-05-2019 11:25   

Brakonyerliyə və qadağan olunmuş ov alətlərindən istifadəyə birdəfəlik son qoyulmalıdır. Balıq ovu ilə məşğul olan şəxslərə bir daha bildiririk ki, qadağan olunmuş ov vasitələrindən istifadəyə son qoysunlar, balıq ehtiyatlarının məhvinə şərait yaradan hərəkətlərdən çəkinsinlər.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat katibi İradə İbrahimova havaların isinməsi ilə balıq ovuna çıxanların artması və bunun yaratdığı problemlərlə əlaqədar danışarkən deyib.
İ.İbrahimova bildirib ki, brakonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında son aylar keçirilən birgə reydlər zamanı brakonyerlərdən qadağan olunmuş ov alətləri və müxtəlif növ balıqlar götürülüb:
“Qanun pozucuları barəsində 8607 manat məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında cinayət işi açılıb.
Qadağan olunmuş ov alətlərindən olan sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna, təəssüf ki, hələ də rast gəlinir. Bir daha balıq ovu ilə məşğul olan şəxslərə bildiririk ki, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoysunlar, brakonyerlikdən çəkinsinlər.
Ümid edirik ki, brakonyerlər görülən inzibati cəza tədbirlərindən, təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar”.
İ.İbrahimova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən xahiş edir ki, brakonyerlik halları ilə rastlaşdıqda dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar