Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ANS açılır? - Sensasion qərar

Baxılıb: 571     Tarix: 06-05-2019 14:44   
Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Feysbuk səhifəsində Ramazan ayı ilə bağlı yaydığı geniş statusda əks olunub.
“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!" - Vahid Mustafayev vurğulayıb.
***
Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev bu qərardan sonra ANS TV-nin fəaliyyətini bərpa edib-etməyəcəyi barədə sualı cavablandırarkən Axar.az-a bildirib ki, Baş Prokurorluğun bu qərarı haqda heç bir məlumata malik deyil.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar