Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Böyük Vətən müharibəsi veteranları “Gənclik”də

Baxılıb: 1 473     Tarix: 06-05-2019 15:58   

Bakı Metropoliteni QSC “Bakcell” şirkətinin dəstəyi ilə “Gənclik” stansiyasının keçidlərində 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək.
QSC-dən Qanunvehedef.az-a verilən məlumata görə, sərginin açılışı may ayının 7-də saat 11:00-da olacaq. Tədbirdə Bakı Metropoliteni QSC-nin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin canlı əfsanələr - Böyük Vətən müharibəsində döyüşmüş veteranlar iştirak edəcək.
Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranlarımızın fotolarından ibarət tablolar nümayiş olunacaq.
Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənəcək.
Smartfon və ya planşetlərə “QR-Code” proqramı yükləyən tamaşaçılar veteranların foto şəkilləri ilə virtual şəkildə də tanış ola bilərlər.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar