Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda müəllimə faciəvi şəkildə öldü

Baxılıb: 526     Tarix: 07-04-2019 12:10   
Bu ilin mart ayında “Baku Medical Plaza”da əməliyyat yolu ilə uşaq dünyaya gətirən 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva vəfat edib.
Publika.az xəbər verir ki, əməliyyatdan sonra kəskin ağrıları olan və apendisiti partlayan qadın təbbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 12 illik övlad həsrətindən sonra ana olan Lətafət Şirəliyevanın həyat yoldaşı Baba Şirəliyev bildirib ki, həyat yoldaşı həkim səhlənkarlığının qurbanı olub.
Belə ki bir neçə gün əvvəl Virtualaz.org saytına açıqlama verən B.Şirəliyev bildirib ki, bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Məlum olub ki, qadının qarnına su yığılıb və onun apendsiti partlayıb. Aprelin 8-də təkrar əməliyyat olunan L.Şirəliyeva bir ay müddətində ağır vəziyyətdə reanimasiyada saxlanılsa da vəfat edib.шаблоны для dle 11.2