Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Üzü tanınmaz hala düşən Ağdaş sakini: "Mübariz bəy, elə bil, məni məzardan çıxardı"

Baxılıb: 608     Tarix: 07-05-2019 14:42   

Xəbər verdiyimiz kimi, əməliyyatdan sonra üzü tanınmaz hala düşən Ağdaş sakini Ramin Məmmədov iş adamı Mübariz Mənsimov tərəfindən müalicə üçün Türkiyəyə aparılıb. R. Məmmədov Türkiyənin ən məşhur xəstəxanalarından biri olan LİV Hospitala yerləşdirilib.
Onun müalicə xərclərini M. Mənsimov qarşılayacaq.
Bu barədə Yeniavaz.com-a R. Məmmədovun özü məlumat verib.
O bildirib ki, bu gün biopsi analizi olunmaq üçün həkim nəzarətinə götürülüb: "Analizin nəticələrinə uyğun olaraq həkimlər yekun qərar verəcəklər".
R. Məmmədov onun müalicəsini üzərinə götürdüyünə görə M.Mənsimova təşəkkür edib: "Türkiyəyə gəldiyimiz gündən bəri bizə çox gözəl münasibət göstərirlər. Mübariz bəy elə bil məni məzardan çıxardı. Həkimlər də müalicə üçün çox həssaslıqla yanaşırlar. Əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm. Şənbə günü çətin əməliyyat keçirə bilərəm. Hər kəsdən dua etməsini istəyirəm".шаблоны для dle 11.2