Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qaz limitinin artırılması böyük dəstəkdir - Deputatdan AÇIQLAMA

Baxılıb: 698     Tarix: 07-05-2019 15:20   

Xəbər verdiyimizi kimi, qaz limiti 1700 kub metrdən 2200 kub metrə qaldırılıb.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə söyləyib ki, cənab prezidentimiz hər zaman xalqının yanında olan bir liderdir.
Millət vəkilinin sözlərinə görə, İlham Əliyev həmişə olduğu kimi, yenə də millətimizin istək və arzusunu nəzərə aldı:
"Cənab prezident qaz limitinin 1700-dən 2200 kub metr qaldırılması haqqında göstəriş verdi. Dövlət bu yükü də öz üzərinə götürdü. Düşünürəm ki, qaz limitinin bu qədər artırılması az təminatlı ailələrin büdcəsinə, eyni zamanda cəmiyyətimizə böyük dəstəkdir. İlham Əliyev üçün rəhbər seçildiyi vaxtdan bu günə kimi önəmli olan millətinin istək və arzusudur. Son zamanlar onun insanlarımızın sosial durumunun yaxşılaşdırıması istiqamətində imzaladığı sərəncamlar və fərmanlar bunu bir daha sübut edir".
Aysel Yusifqızı



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar