Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qarabağla bağlı buna çalışmalıyıq – Deputat

Baxılıb: 700     Tarix: 07-05-2019 15:37   

Millət vəkili Qənirə Paşayeva “Məhməd Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə İstiqlal şüuru” və “Şeirlər və türkülər türkü tərənnüm edər” adlı tədbirlər çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, Q.Paşayeva türkiyəli qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və ortaq mədəniyyətin təbliğ olunmasının vacibliyindən danışıb:
“İlk növbədə biri-birimizi daha yaxından tanımalı, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanındadır”.
Millət vəkili görüş zamanı Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.
Tədbirdə Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən qonaqlara Azərbaycan tarixi və mədəniyyətini özündə əks etdirən hədiyyələr və kitablar təqdim edilib.

шаблоны для dle 11.2