Ulu Öndər! Bu gün hər kəs Azərbaycan deyəndə - Heydər Əliyev deyir və onun nurlu dühasının qarşısında baş əyir
Baxılıb: 633 Tarix: 08-05-2019 13:49

O illərdə Ulu Öndər ad gününü, adətən, cox sadə–yalnız ailə üzvləri ilə birlikdə qeyd etsə də, dünyanın əksər dövlət və siyasət xadimləri onu öz xalqları və ölkələri adından təbrik edir, xoş arzularını çatdırırdılar. Dünyanın diqqət mərkəzində olan həmin günün bu misilsiz şərafətindən xalqımıza da böyük qürur və sevinc payı düşürdü. Azərbaycanı dünyada tanıtmış və yeni müstəqillik epoxasına hazırlamış, ilk həqiqi lider kimi suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış ümummilli lider Heydər Əliyev artıq 14 ildir ki, tarixin onun üzərinə qoyduğu liderlik missiyasını böyük məharət və ləyaqətlə yerinə yetirib əbədiyyətə qovuşmuşdur. Artıq 15 ildir ki, 10 May çağdaş tariximizin öyünc, minnətdarlıq və qədirbilənlik günü kimi ümumxalq bayramı səviyyəsində qeyd olunur. Hər il Ulu Öndərin anadan olduğu və əbədiyyətə qovuşduğu günlərin ildönümündə soydaşlarımız, dostlarımız və xeyirxahlarımız dünyanın hər yerində ümummilli liderimizin ölməz xatirəsini sonsuz ehtiram və qədirbilənliklə yad edirlər. İldən-ilə artan bayram təntənələri, möhtəşəmləşən anım mərasimləri dahi öndərimiz Heydər Əliyevin dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi, ölkəmizin sivil tərəqqi yoluna çıxarılması, hərtərəfli inkişafa qovuşması kimi tarixi missiyasının önəmini xalqımızın qədərincə anlamasının və lazımınca dəyərləndirməsinin aydın göstəricisidir. Ümummilli liderin dünyaya göz yumduğu günlərdə xalqımıza böyük təsəlli gətirmiş, sonsuz kədərimizi ovutmuş, sabaha inamımızı artırmış “Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var – Heydər Əliyev də var olacaqdır” deyimində ifadə olunmuş uzaqgörənlik və həqiqət zaman keçdikcə daha dərindən və aydın dərk olunur. Artıq 15yaşlı yeniyetmələr ulu öndərin həyat yolunu xalqa xidmətin ən mükəmməl örnəyi kimi öyrənir, onun irsini ən yaxşı həyat dərsi kimi mənimsəyirlər. Ölkəmizə bir qərinədən artıq müddətdə rəhbərlik etmiş bir insanla eyni dövrdə yaşamaq, xalq rəhbərinin mübarizəsində iştirak etmək, müəyyən şəraitdə onunla təmasda olmaq isə illər keçdikcə əfsanəviləşən bir epoxanın dəyərli epizodları, unudulmaz hadisə və faktları kimi mənalandırılır.
Rahidə İsmixanova
Bakı şəhər 290 №-Lİ tam orta məktəbin direktoru
Ən çox oxunanlar

Son xəbərlər
