Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

97 yaşlı veteranımız: Müharibənin ən qızğın dövrlərinin şahidi olmuşam

Baxılıb: 486     Tarix: 09-05-2019 14:28   
Bu gün Böyük Vətən müharibəsinin bitməsindən 74 il ötür. Faşizm vəhşiliyinə qarşı gedən Böyük Vətən Müharibəsində 700 minədək azərbaycanlı iştirak edib. Cəbhədə igidliyə görə 139 soydaşımız "Sovet İttifaqı" Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.
Baku.TV-nin məlumatına görə, 97 yaşlı Ələkbər Təhməzov 1941-1945-ci illər müharibəsinin canlı şahidi olmuş veteranlarımızdan biridir.
O, Böyük Vətən müharibəsi zamanı igidliyə görə müxtəlif medallarla təltif olunub.
Ə. Təhməzov bildirib ki, hərbi divizionda sürücü olub və artilleriya atışlarına, yolların pis olmasına baxmayaraq, döyüşçüləri hər zaman silah-sursatla və yanacaqla təmin edib.
Veteranımız müharibənin ən qızğın dövrlərinin şahidi olub. Amma yaşından dolayı həmin dövrlə bağlı bir çox hadisələri çətinliklə xatırlayır.
Hər il 9 May – Qələbə günü ölkəmizdə geniş şəkildə qeyd olunur. Azərbaycan xalqı Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarının tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaq. Onların həyat yolu indiki və gələcək nəsil üçün nümunədir.шаблоны для dle 11.2



Ən çox oxunanlar