ATİAHİ Sabunçu rayon Komitəsinin fəaliyyəti təqdir olunur
Baxılıb: 663 Tarix: 10-05-2019 11:34
"Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir"
Heydər Əliyev
"Həmkarlar ittifaqları hər zaman Ümummilli lider Heydər Əliyevin qayğısını öz üzərində hiss edib. Azərbaycan həmkarlar ittifaqları Ulu Öndərimizindiqqət və qayğısını yüksək qiymətləndirib. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında Heydər Əliyevinprezidentliyə namizədliyini irəli sürmüşdü" - bu sözləri qəzetimizin əməkdaşı ilə müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ilə bağlı söhbətdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu rayon Komitəsinin sədri cənab Vaqif Babayev demişdir
Vaqif Babayev xatırlatmışdır ki, 1993-cü ilin yayında respublikada vəziyyət gərgin olanda həmkarlar iittifaqları da ümummilli liderin yanında oldu: "1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. "Həmkarlar ittifaqları haqqında" qanunun qəbul edilməsi təşkilatımızın səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər Əliyevin Prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi".
Redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Sabunçu rayon Komitəsinin səmərəli fəaliyyətinə dair açıqlamalar təqdim olunur. Bildirilir ki, Komitənin sədri, respublikanın Əməkdar mədəniyyət işçisi Vaqif Babayevin rəhbərliyi altında qurumun bütün əməkdaşları üzərlərinə düşən vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirirlər.
Məlum olduğu kimi, ümumilikdə Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHİK) fəaliyyətinin məqsəd və məramlarını əks etdirən əsas konsepsiyalar aşağıdakılardır: “Həmkarlar ittifaqları istehsal və qeyri - istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər...” Məhz bu baxımdan da aldığımız məlumatlarda ATİAHİ Sabunçu rayon Komitəsinin yuxarıda qeyd olunan məsələləri daim diqqət mərkəzində saxlamasından, təhsil işçilərinin öz əmək fəaliyyətləri prosesində qarşılaşdıqları ən müxtəlif problemləri operativ şəkildə həll etməsindən bəhs olunur.
Statistik məlumatlara görə, hazırda Vaqif Babayevin rəhbərlik etdiyi bu qurum ümumilikdə 92 idarə, müəssisə və təşkilata xidmət göstərir. O cümlədən, bu siyahıda 2 kollec, 49 orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri, 36 uşaq bağçası, 4 uşaq yaradıcılıq mərkəzi, 1 uşaq gənclər idman məktəbi yer almışlar. Bu idarə və müəssisələrdə işləyənlərin ümumi sayı 6776 nəfərdir ki, onlardan da hamısı həmkarlar ittifaqının üzvləridir.
Diqqətəlayiq haldır ki, hər zaman cəmiyyətin əsas intellektual potensialı hesab olunan tələbələrin arasında həmkarlar komitəsinin fəaliyyətinə qarşı rəğbət hissi daha güclü formada ifadə olunur. Bu səbəbdən də, məhz tələbələr arasında həmkarlar ittifaqına üzvlük 100% təşkil edir. Təhsil alan 1446 tələbənin hamısı ittifaqa üzvdürlər.
Etiraf etmək lazımdır ki, bu qədər insanın problemləri ilə məşğul olmaq, vəziyyəti hər zaman nəzarətdə saxlamaq, vətəndaşların əmək hüquqlarının pozula biləcəyi kimi halları aradan qaldırmaq, insanların asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkili baxımından tədbirlər həyata keçirmək, müalicə və reabilitasiya kurslarına ehtiyacı olanları müəyyənləşdirib onlara bu xüsusda yardım etmək və bir çox bu kimi funksiyaları mütəmadi olaraq həyata keçirmək heç də asan iş deyil. Əlbəttə, bütün digər sahələrdə oluğu kimi, həmkarlar ittifaqı sistemində də hər şeyi kadrlar həll edir. Başqa sözlə desək, istənilən bir müəssisə və ya təşkilatın fəaliyyəti ilk növbədə həmin qurumun əməkdaşlarının, işçilərinin öz vəzifə borclarının icrasına nə dərəcədə məsuliyyətlə yanaşmaları ilə tənzimlənir. Sabunçu rayon təhsil işçilərinin və tələbələrinin böyük əksəriyyətinin ümumi rəyinə görə isə, məhz işin təşkili baxımından ATİAHİ Sabunçu rayon Komitəsinin fəaliyyəti kifayət qədər yüksək qiymətləndirilir. Buna görə də, yuxarıda sadaladığımız məsələlərin həlli Vaqif Babayevin rəhbərlik etdiyi kollektivin əməkdaşları üçün heç bir çətinlik törətmir.
Sonda bir məqama da toxunmaq istərdik ki, əslində həmkarlar təşkilatlarının fəaliyyətlərinə dair müsbət fikirlər ifadə olunan rəylərə heç də arzu olunan qədər tez-tez rast gəlinmir. Məhz elə bu səbəbdən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin fəaliyyəti barədə bizə təqdim olunan məlumatlar diqqətimizi cəlb etdi. Çox arzu edərdik ki, gələcəkdə də həmkarlar təşkilatlarının fəaliyyəti barədə yalnız müsbər fikirlər eşidək.
Pünhan Şükür

Ən çox oxunanlar
Son xəbərlər