Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Popkorn satan gənc özünə yeni İŞ TAPDI

Baxılıb: 563     Tarix: 10-05-2019 16:34   

"Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satan İsrafil Seyfullayevlə əlaqə saxlanılıb və ona təhsillə bağlı imkanlar təqdim edilib".
Qanunvehedef.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, 17 yaşlı İsrafil hazırda işlədiyini söyləyib.
"O, bizim təhsillə bağlı təkliflərimizi dəyərləndirəcəyini və yaxın zamanlara bizə məlumat verəcəyini bildirib".
Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov Azneft meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan gənclə bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat onun keçiddən uzaqlaşdırılması barədə məlumat yaymışdı. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Seyfullayev İsrafil Vüqar oğludur. 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır.шаблоны для dle 11.2