Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib

Baxılıb: 650     Tarix: 13-05-2019 15:40   

Azərbaycanda bir çox qalmaqallı məhkəmə işlərinə baxmış, tanınmış ictimai-siyasi fəalların haqqında hökmlər çıxarmış Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.
Məlumata görə, Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib. Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.
1994-99-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub.
Ə.Seyidov akademik Ziya Bünyadovun qətlinə görə həbs olunanların işinə baxıb. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin, «Səidin dəstəsi» adıyla dövlət çevrilişinə cəhddə suçlanan 15 nəfərin, o cümlədən Səid Dadaşbəylinin haqqındakı hökmü də o çıxarıb. Onun son illərdə ən qalmaqallı hökmlərindən biri də gənc fəal Qiyas İbrahimov haqqında olub. Prokuror Qiyasın 9 il azadlıqdan məhrum edilməsini istədiyi halda, Ə.Seyidov ona daha ağır – 10 il həbs cəzası vermişdi. (Azadlıq.org)шаблоны для dle 11.2