Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu sahəyə xüsusi diqqət yetirmək lazımdır - Deputat

Baxılıb: 411     Tarix: 16-05-2019 11:13   
Tovuz şəhərində Heydər Əliyev Mərkəzində Fitoterapevtlər Cəmiyyəti İctimai Birliyinin (İB) geniş maarifləndirmə seminarı keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Tovuz rayon İcra Hakimiyyətinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Tovuz Gənclər Evinin dəstəyilə keçirilən seminarda çıxış edən millət vəkili Qənirə Paşayeva Fitoterapevtlər Cəmiyyətinin paytaxtdan kənar ilk tədbirinin Tovuzda keçirilməsinin təsadüfi olmadığını deyib.
“Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev çıxışlarında ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirilməsinin önəmini qeyd edir. Fitoterapiya xüsusi diqqət göstərilməsi vacib sahələrdən biridir. Azərbaycan, o cümlədən Tovuz rayonu zəngin floraya sahibdir, bura şəfalı bitkilər, o cümlədən dərman bitkiləri ilə zəngindir”, - Paşayeva bildirib.
Millət vəkili bildirib ki, fitoterapiya, onun vacibliyi və əhəmiyyəti ilə bağlı əhalimizin geniş maarifləndirilməsinə böyük ehtiyac var və bölgələrimizdə bu kimi tədbirlərin keçirilməsi bu istiqamətdə çox vacibdir.
Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri Məlahət Qəhrəmanova, Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva, Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ülviyyə Abbasova və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar