Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət.

Baxılıb: 443     Tarix: 16-05-2019 12:43   
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban xanım Əliyevaya


 Sumqayıt şəhəri 42-ci məhəllə, 11 saylı yataqxanada 1993-cü ildən məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Mehralıyev Asif Yusif oğlu tərəfindən
                                           
                                                   Müraciət

Mən 2 oğlu, 1 qız atası, 3 nəvə babası, 8 nəfər ailə başçısıyam. Məcburi köçkün düşdüyümüz gündən yataqxana şəraitində ağır həyat tərzi keçirməyə məhkumuq. Olduqca dözülməz, olduqca bərbad bir tərzdə olan bu yataqxana şəraiti bizim sağ canımızı xəstə etmiş və bu bina öz istismar müddətini çoxdan başa vurduğundan artıq burada yaşamaq qeyri-mümkündür və insan həyatı üçün hər an təhlükəlidir.
Sizin ilk növbədə “qəzalı bina, bağça şəraitində məskunlaşmış məcburi köçkünlərin ilk öncə mənzillə təmin edilməlidir”. Göstərişinizi bizə də aid olmasının bizlərə də həvalə olunmasına əmin olduğuma rəğmən mənim və mənim ailə üzvlərimin də Sumqayıt şəhəri ərazisində qaçqın və məcburi köçkünlər üçün tikdirdiyimiz evlərdən mənzillə təmin olunmağımıza dair müvafiq köməklik göstərilməsi məqsədilə aidiyyatı qurumlara sərəncam verməyinizi rica ilə xahiş edirəm.
Ricalı xahişimin tərəfinizdən şübhəsiz olaraq tezliklə nəzərə alınacağına əminliklə ümid edirəm.
Hörmətlə, Asif Mehralıyev
шаблоны для dle 11.2