13 Nəfər ailə sahibi Paşayev Əli Abbas oğlunun Müraciəti.
Baxılıb: 549 Tarix: 16-05-2019 13:05
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Sumqayıt şəhəri 11-ci mkr, ev 2b, mənzil 33 ünvanında 1993-cü il tarixindən məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün düşmüş 13 nəfər ailə sahibi Paşayev Əli Abbas oğlu tərəfindən TƏKRAR
Müraciət
Məlum hadisələrlə əlaqədar mən ailə üzvlərimlə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərinə gəldik.
Mən və mənimlə birlikdə 80 məcburi köçkün ailəsi Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən 8 bloklu, 5 mərtəbəli ancaq divarları tikilmiş, tikintisi başa çatmamış binada məskunlaşdıq. Biz, məskuqlaşdığımız mənzilin nə qapısı, nə pəncərəsi, nə döşəməsi, nə də məişət priborları (mətbəxdə olan qaz, su hamamda olan, qaz, işıq, su priborları) eynilə də sanitar qovuşağındakı priborlar yox idi. Mənzilin divarlarına suvaq vurulmamışdır. Bu işlərin hamısını öz vəsaitimiz hesabına özümüz görmüşük. Binanın dam örtüyü də yox idi. Ona görə də binada yaşayan məcburi köçkünlər, o cümlədən mən öz hesabımıza binanın dam örtüyünü təmir etdirmişik. Sonradan isə müraciət etdiyimiz müqabilində dövlət tərəfindən dam örtüyü 2018-ci ildə dəmir örtüklə örtülmüşdür.
Mən ailəm ilə birlikdə 1993-cü ildən 2016-cı ilə kimi heç bir maneəyə, şikayət və sair narazılıq olmadan bu mənzildə yaşadım. Bu müddət ərzində ailəm artıb 13 (on üç) nəfər oldu. 2008-ci ildə Nağıyev Şərafət Ədil oğlu Qubadlı rayonundan məcburi köçkün Həsənov Hümbətə qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. İş № (060-2691/2008. 08 oktyabr 2008. Qətnamə Hakim Elman Məmmədov (AR Milli Arxiv İdarəsi Sumqayıt şəhəri 14.12.2016 əsas: Fond-115. İş 2(060)-2091, 2008-ci il vərəq 40-41). İş № 2(060)2691-2008. “17” yanvar 2017-ci il Qərardad Sumqayıt şəhəri. Hakim Elman Məmmədov. Məhkəmə tərəfindən Nağıyev Şərafət Ədil oğluna Sumqayıt şəhər MTİİB-dən Nağıyev Şərafətə tikintisi başa çatmamış
hal-hazırda biz yaşadığımız 2B-ni (Sumqayıt şəhəri 11-ci mk-r, bina 1A, mənzil 13 olmayan ünvandan) ünvan kimi qeyd edib order vermişdir (order № 1/34 saxta order vermişdir). Orderi ona görə saxta hesab edirəm ki, Nağıyev Şərafətin orderdə işlədiyi yer və vəzifəsi göstərilməmiş, 10 gün müddətində iddia etdiyi mənzilə girmədiyindən orderdə göstərildiyi kimi həmin order öz qüvvəsini itirmişdir.
Məhkəmə araşdırılması zamanı məlum oldu ki, Nağıyev Şərafət mənzil almaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzillərin bölüşdürülməsi, qeydiyyatı və dəyişdirilməsi şöbəsinə 2008-ci ildə müraciət edib, sonuncu ona 20 noyabr 2008-ci il tarixli 1/34 №-li order verib. Order Sumqayıt şəhəri 11-ci mikrorayonda mövcud olmayan 1A saylı binadakı 13-cü mənzilə verilmişdir. Bu order 2008-ci ildə verilməsinə baxmayaraq Nağıyev Şərafət 2015-ci ildə pasport qeydiyyatına alınıb. Hansı ki, ev orderin özündə yazılıb ki, order alan şəxs 10 gün müddətində Mənzil İstismar Sahəsinə təndim etməli və pasport qeydiyyatına alınmalıdır.
Nağıyev Şərafətin order almasına baxmayaraq 8 (səkkiz) ildən sonra ona order ilə verilən mənzilə gəlmək istəməsi, mənzilə 7 (yeddi) ildən sonra pasport qeydiyyatına düşməsi AZE № 15334999 sübut edir ki, bu orderi o, qanunsuz yolla əldə edib. Onun qanunsuz (mən deyərdim ki) cinayət yolu ilə əldə etdiyi orderin əsasında mənim hüquqlarım kobud surətdə pozulmuş, mən, çoxsaylı məhkəmə araşdırılmasına məruz qalmışam. Ailə üzvlərim artıq 3 (üç) ildən çoxdur ki, gərgin əsəb şəraitində yaşayırlar. Mən dəfələrlə demişəm. Bu orderi Nağıyev Şərafətə verən təşkilat, onunla əlaqəyə girərək saxta order veriblər. Orderi verən təşkilatın, qanunsuz hərəkətləri aşağıdakılardan ibarətdir.
- Birincisi, hal-hazırda mübahisənin predmeti olan mənzilin yerləşdiyi binanın tikintisi başa çatmayıb.
- İkincisi, mənzilin yerləşdiyi bina 11-ci mikrorayon, ev 1A, mənzil 13-nə verildiyi halda, Nağıyev mənim məskunlaşdığım Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 2B, mənzil 33-ə qarşı iddia qaldırır. Bu hal orderin saxta olduğuna sübutdur.
- Üçüncüsü, Azərbaycan Respublikası Mənzil Məcəlləsində göstərilir ki, order yalnız və yalnız boş mənzilə verilir. Mənzilin orderi ilə birlikdə mənzilin açarını da təqdim edirlər.
Mübahisə edilən mənzildə 1993-cü ildən hal-hazıra yaşayış olduğu halda, order 2008-ci ildə verilib. Bu hal sübut edir ki, bu order etibarsız sayılmalıdır. Onu verən təşkilat məsuliyyət daşımalıdır.
- Dördüncüsü, Mənzil Məcəlləsinin müddəalarına görə, order ancaq tam istismara yararlı olandan sonra verilir. Mənzilin istismara yararlı olmasını ancaq dövlət komissiyasının tərtib etdiyi akt ilə təsdiq olur. Bu aktın tərtib edilməsində Fövqəladə Hallar Nazirliyinin, Azərsu və Azərelektrik cərəyanının satışı və istismarı idarəsinin səlahiyyətli nümayəndələri iştirakı və rəyi olmalıdır.
- Baxın görün, bu günə kimi o binaların istismarı barədə qəbul aktı varmı? Bu hal orderin etibarsız olması üçün əsasdır.
İzahat və ərizəmdə göstərdiyim kimi, Fövqəladə Hallar Nazirliyinin xəbəri olmadan yaşayışçılar, özləri istədikləri kimi, mənzillərinə qaz, elektrik enerjisi çəkiblər.
Bu qədər qanun pozunçuluğuna yol vermiş, orderi verən təşkilat və onun vəzifəli şəxsləri (bu halda mənzillərin bölüşdürülməsi, qeydiyyatı və dəyişdirilməsi şöbəsinin vəzifəli şəxsləri) məsuliyyətə alınmalı, Nağıyev Şərafətə verilən order isə etibarsız hesab edilməlidir. Çox qəribədir ki, bu qədər qanun pozğunçuluğu ilə verilmiş orderə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi yanında DƏDRX-i həmin mənzilləri özəlləşdirir.
Azərbaycan Respublikası Mənzillərin Özəlləşdirilməsi barədə Qanunda göstərilir ki, Dövlət mülkiyyətində olan yaşayış binalarında yerləşən mənzillərdə icarə müqaviləsi ilə yaşayan yaşayışçılara, onların yaşadıqları mənzil dövlət tərəfindən onlara bağışlanır.
- Gəlin baxaq, Nağıyev Şərafətin özəlləşdirmək istədiyi mənzilin yerləşdiyi bina, dövlət mülkiyyətidirmi, əlbəttə, yox. Həmin bina dövlətin balansında deyil. Mənzili özəlləşdirmək istəyən Nağıyev Şərafət həmin mənzildə 1-ci gündə olsa yaşayıram? Həmin mənzilə icarə müqaviləsi Nağıyev Şərafət ilə bağlanıbmı? Belə çıxır ki, öz mülkiyyəti olmayan mənzili, DƏDRX-i özünün olmayan mənzili, həmin mənzildə icarə müqavilə ilə yaşamayan şəxsə təmənnasız bağışlayır!
Sumqayıt şəhər MKS-i doğru olaraq mənzilin özəlləşdirilməsi üçün Nağıyev Şərafətə 2 saylı forma arayış verməkdən haqlı olaraq imtina edir.
MKS-i imtinasını onunla əsaslandırır ki, özəlləşdirilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi bina, MKS-nin balansında deyil.
- İkinci mənzili özəlləşdirmək istəyən Nağıyev Şərafət ilə MKS-i arasında icarə müqaviləsi yoxdur.
- Üçüncüsü, Nağıyev Şərafətin orderində Sumqayıt şəhəri 11-ci mikrorayon ev 1A, mənzil 13 olduğu halda o Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən 2B saylı binada yerləşən 33-cü mənzili özəlləşdirmək istəyir.
Nağıyev Şərafət MKS-ə qarşı məhkəməyə müraciət edib. Bu mübahisə üzrə hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsində iş var. Hələ məhkəmənin Nağıyev Şərafətin iddiası əsasında başlanmış mülki işə aid qətnaməsi yoxdur.
İş 2(060)-525/2019 Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə 21 yanvar 2019-cu il tarixdə işə baxılmış, Nağıyev Şərafət Ədil oğlu saxta orderlə məhkəməyə müraciət etmiş, məhkəmə onun bu saxta orderini işə qəbul edərək qətnamə qət etmiş və biz təkcə məcburi köçkün (1000 nəfər) 30 ilə yaxın olan 2B kimi bütün hökumət dövlət orqanları tərəfindən tanınan ünvanımızı ləğv edərək Nağıyev Şərafətin saxtakarlıqla aldığı saxta orderində 1A kimi göstərilən ünvan barəsində qətnamə qət etmişdir. Mən və eləcə dəmənimlə bərabər yaşadığımız binada 80 məcburi köçkün ailəsi düşmən tərəfindən qovulmuş insanların hüququ tamamilə hakim tərəfindən pozulmuş, dövlətin bizlər haqqında olan proqramı, Prezidentin çoxsaylı sərəncamları nəzərə alınmamış və bizə qarşı 2008-ci ildən bu vaxta qədər dəfələrlə təzyiq olunmuş, binadan bizim çıxarılmağımız üçün hər bir təzyiqlər edilmişdir.
Hətta əgər zənn etsək ki, iddiaçının iddia etdiyi mənzil nə mənim məskunlaşdığım mənzil eyni ünvandadır, məhkəmə bu mənzilin yüklü olmasına, orada məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 894 saylı sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramına və AR Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramın” təsdiq edilməsi haqqında 01.07.2008-ci il tarixli Sərəncamının əksinə gedərək qanunsuz qərarı qəbul etmişdir.
İş № (060)-2691/2008, 08 oktyabr 2008. Qətnamə Hakim Elman Məmmədov (AR Milli Arxiv İdarəsi Sumqayıt şəhəri 14.12.2016 əsas: Fond-115. İş 2(060)-2091, 2008-ci il vərəq 40-41). İş № 2(060) 2691/2008. “17” yanvar 2017-ci il Qərardad Sumqayıt şəhəri. Hakim Elman Məmmədov.
İş № 2(0600 6806-2016 15 iyul 2016-cı il Sumqayıt şəhəri Hakim Məmmədov İlqar Aslan oğlu (bu gün 27.02.2019-cu il Məhkəmə Hüquq Şurasının töhməti ilə cəzalandırılmışdır).
İş № 2(105)881-2018 17 aprel 2018-ci il Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Telman Qədir oğlu
10 oktyabr 2018-ci il İş № 2(102)-6050-18 Bakı şəhəri Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Ənvər Şadiyev
İş № 2(060)-525/2019 21 yanvar 2019-cu il Sumqayıt şəhər Məhkəməsi hakim İlyas Musa oğlu Mahmudov.
Fakt: Məhkəmə Hüquq Şurasının məlumatı 27.02.2019-cu il Qanunvericiliyi tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verməsinə görə Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi, habelə korrupsiyaya dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. (Adların çəkdiyim bu hakimlər İlyasdan da betər korrupsiya hərisidirlər. Mən düşmən tərəfindən didərgin salınmış Əli Paşayev canlı konkret FAKTDIR…)
Yuxarıda göstərilənlərə əsasən xahiş edirəm ki, Nağıyev Şərafətə verilmiş orderin etibarsız olması və həmin orderi verən vəzifəli şəxslərin əməllərindən cinayət tərkibi olduğu üçün onların barəsində cinayət işi başlansın və lazımi istintaq hərəkətləri həyata keçirilsin.
Ən çox oxunanlar
Son xəbərlər