Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tələbənin ölümü ilə nəticələnən ağır qəzanın - Təfərrüatı

Baxılıb: 598     Tarix: 20-05-2019 11:23   

Ötən gün Astarada baş verən ağır qəzailə bağlı təfərrüat məlum olub.
Qanunvehedef.az xəbər verir ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə qəzada ölən Qadir Baxşiyevin Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kurs tələbəsi olduğunu qeyd edib.
Məlumata görə, qəza VAZ-21011 markalı avtomobilin sürücüsü 11-ci sinif şagirdi Şəhriyar Əsgərovun digər avtomobillə yarışması səbəbindən baş verib:
“Dəfndən gəlirəm. 18 yaşlı qohumumuz, əzizimiz Qadiri dəfn etdik. Bu gün ağır qəzada həyatını itirdi. Qadir Baxşiyev Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursunda oxuyurdu. Həftəsonu evə gəlib. Bu gün kənddə 11-ci sinifdə oxuyan bir uşağın sürdüyü maşında qəzaya düşdü. Qadirin ilk qatili o 11-ci sinifdə oxuyan uşağın valideynidir. Hansı ki, bir “Jiquli” alıb verib uşağa. Bu gün o uşaq bir nəfərin həyatına son qoydu. Evin tək oğlu idi. Sonrakı günahkar isə o yeniyetmə ilə yarışan digər sürücüdür. Ən sonuncu günahkar o yeniyetmədir.
Xahiş edirəm, ay valideynlər, yeniyetmə övladlarınızla bu cür davranmayın. Məktəbliyə maşın verməyin. Uşağınıza məsuliyyət duyğusunu aşılayın. Bəsdir daha! Müharibədən betər ölürük!

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar