Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Modeli öldürən həkim indi də həmkarının canını aldı

Baxılıb: 714     Tarix: 29-05-2019 12:05   
Bakıda əməliyyat zamanı xəstə dünyasını dəyişib.
Trend-in məlumatına görə, özəl klinikaların birində həkim Sirus Qoçqani həmkarı həkim-ginekoloq olan Sona Gürgün Vəliyevanı əməliyyat edən zaman bədbəxt hadisə baş verib. Belə ki, liposaksiyadan sonra S.Gürgün dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə özəl klinikada baş verdiyi üçün nazirlik bu məsələyə baxmır:"Həmin hadisə özəl klinikada baş verib, özəl klinikalar isə nazirliyin tabeçiliyində deyil".
Qeyd edək ki, estetik-cərrah Sirus Qoçqani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar