Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyə Azərbaycanın 3 universitetinin diplomunu tanımır? – AÇIQLAMA

Baxılıb: 638     Tarix: 30-05-2019 15:00   

Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
“Report”un xəbərinə görə, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın həqiqətə uyğun olmadığını bildirib.
O deyib ki, Türkiyə tərəfindən hansısa universitetin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb: “Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Azərbaycanın hər bir universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsili keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək”.
Qeyd edək ki, Türkiyədə magistr təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar