Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazirin işdən qovduğu rəis müavini Hacı Mazanın qohumu çıxdı

Baxılıb: 446     Tarix: 08-06-2019 17:04   
Məlum olduğu kimi, Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb.
Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.
Bakupost.az işdən çıxarılan rəis müavini haqqında məlumatlar əldə edib. Yalçın Yaqubov Masallı rayonunun Yeddioymaq kəndindəndir. O, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı ilə qudadır.
“Hacı Mazan”ın Binəqədi rayonunda, məhz 4-cü polis bölməsinin ərazisində törətdiyi hadisə ilə bağlı cinayət işinin istintaqı davam edir. Ötən ilin avqustunda “Hacı Mazan” Faiq Seyfullayev adlı şəxsin evinə hücum çəkərək, ona bədən xəsarətləri yetirmiş, həmin vaxt orda olan Xəzər telekanlının əməkdaşlarına da zor tətbiq etmişdi. Polis əməkdaşları Ramazan Zeynalovu polis bölməsinə aparılsa da, rəis müavini Yalçın Yaqubovun müdaxiləsi ilə həm iş adamı, həm də onunla birlikdə olan adamları sərbəst buraxılmışdı.шаблоны для dle 11.2