Həqiqətlərə susan Qorbaçov serialdan danışır – Millət vəkili
Baxılıb: 511 Tarix: 10-06-2019 11:38
Azərbaycanla bağlı verdiyi bir sıra göstərişlər barəsində susan keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun “Çernobıl” serialı ilə bağlı operativliyi təəccüb doğurur.
Qanunvehedef.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, Qorbaçov Azərbaycana qarşı törətdiyi cinayətləri təkzib edə bilmir:
“Son illərin ən çox izlənilən seriallarından biri olan “Çernobıl”da adı çəkilən keçmiş SSRİ prezidenti Mixail Qorbaçov orada səslənən bir epizod haqqında bəyanat verərək bildirib ki, o, belə bir göstəriş verməyib.
Onun operativliyi təəccüb doğurur. Nəzərə alsaq ki, Qorbaçov bir çox məsələlərdə, o cümlədən hakimiyyəti dövründə Azərbaycanla bağlı verdiyi bir sıra göstərişlər barəsində bir qayda olaraq susur.
Məsələn, Azərbaycan xalqının dəyərli nümayəndəsi Heydər Əliyevin SSRİ rəhbərliyindən 1987-ci ildə uzaqlaşdırılması, bundan az sonra Qorbaçovun dəstəyi ilə Ermənistanın və erməni millətçi dairələrin Azərbaycan torpaqlarına iddiası və nəticədə indiyə qədər davam edən Dağlıq Qarabağ münaqişəsi, 1990-cı ilin 20 yanvarında onun göstərişi ilə Bakıya qoşun yeridilərək bir gecədə 170 nəfər öldürülməsi və 700-800 nəfərin yaralanması və bir çox digər cinayətlər.
"Çernobıl" serialındakı bir epizoddan fərqli olaraq, Qorbaçov Azərbaycan xalqına qarşı cinayətlərini təkzib edə bilmir”.
Qeyd edək ki, Mixail Qorbaçov serialın ssenarisinin yalan üzərində qurulduğunu, Çernobıl atom stansiyasındakı qəzanın səbəblərini araşdıran akademik Valeri Leqasova əngəl yaratmaq göstərişi vermədiyini deyib.
Ən çox oxunanlar
Son xəbərlər