Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Azərbaycan dilində öyrəndiyim ilk söz "Döymə məni" olub..." - Dəhşətli HƏYAT HEKAYƏSİ

Baxılıb: 555     Tarix: 17-06-2019 12:51   

Azərbaycanlı kişi qızını anasının əlindən alıb ikinci həyat yoldaşı ilə birlikdə qaçırıb.
Qanunvehedef.az Big.az-a istinadən xəbər verir ki, bu haqda Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Nadejda danışıb.
O bildirib ki, mənim Azərbaycan dilində öyrəndiyim ilk söz "Döymə məni" olub:
"Atam məni vəhşicəsinə döyürdü. Mən balaca idim. Nənəmə hər zaman ana, babama isə ata deyirdim. Onu xatırlayıram ki, mən birinci sinfə gedəndə rus qadın gəldi, nənəmdən soruşdum ki, bu qadın kimdir. O, mənə sənin anandır dedi. Mən isə ona dedim ki, sən mənim anamsan. Anamla ilk qarşılaşanda 6-7 yaşında olub. Nənəm atamdan qorxduğuna görə məni anama vermədi. Atam həbsxanadan çıxandan sonra ailə qurdu. Biz kənddə yaşayırdıq. Atam dedi ki, şəhərdə yaşayaq. O, mənə dedi ki, bu qadına bu gündən ana deyəcəksən. Qorxumdan o qadına ana deyirdim. Nənəm icazə vermədi. Dedi ki, o mənimlə qalacaq. Atam bu sözə görə nənəmi döydü. Nənəm yerə yıxıldı. Atama dedim ki, nənəmi vurma. Mən şəhərdə ögey ananın yanında yaşadım. Birinci il çox çətin idi. Daha sonra ögey anam əsl simasını göstərdi. Atamın yanında saçlarımı darayıb, qayğıma qalırdı. O, üzünü çevirən kimi saçlarımı yolur, məni döyürdü. Qadın mənə dedi ki, sənə nifrət edirəm, görmək istəmirəm. Onda qısqanclıq var idi. Çünki atam məni döysə də hədiyyələr alırdı. Atam işi ilə bağlı hansısa bir rayona göndərildi. Ögey anam o zaman məni döyür, işgəncələr verirdi. Mən ona döymə məni deyirdim. O, özünə lavaş alıb yeyirdi. Məni ac saxlayırdı. Əslində mən utanıram bunları danışmağa. Lavaşdan bir parça qalmışdı. Onu götürdüyüm üçün məni saatlarla döydü. Sonradan atam yenidən həbsxanaya düşdü. Mən məcbur ögey anamla qalmalı oldum. Gücüm olmadığına görə özümü öldürmək istədim. Tək nənəm üçün üzülürdüm. Nənəm məni çox istəyirdi. Mən gecə qalxıb evdən qaçdım. Bir kişi qarşıma çıxdı. Dedim ki, nənəmgilə gedirəm. Bilirsiniz qorxudan necə qaçırdım. Paltar belə geyinməmişdi. Mən tülü özümə paltar edib nənəmin yanına qaçdım. Nənəm dedi ki, atan həbsxanadan çıxana qədər burada yaşaya bilərsən. Atan həbsxanadan çıxanda ya məni, ya da səni öldürəcək. Atam 2 il sonra həbsxanadan çıxdı. O, evə gələndə mən evdə tək idim. Atam dedi ki, evdən niyə qaçmısan. Hər şeyi olduğu kimi danışdım. Atam dedi ki, mən sənə inanmıram. Mən atama dedim ki, ya məni anamın yanına göndər, ya da nənəmin yanında yaşayım. Bu sözümə görə atam başıma zərbə vurdu. Yıxılıram başım kərpicə dəyib kəsilir. Ögey anam məni görəndə hədələməyə başladı. O, məni hədələyəndə özümə söz verdim ki, qaçacağam. Mən yenidən evdən qaçdım. O zaman nənəm bibim Nərminlə bilet alıb anamın yanına yola saldılar. Mən qorxub yenidən qayıtdım. Nənəmsiz qala bilmirdim. Anama məktub yazıldı. O məni götürüb Rusiyaya apardı. İlk vaxtlar mənim üçün çox çətin oldu. Çünki nənəmi çox sevirdi. Mən atamdan və ögey anamdan qorxduğuma görə geri qayıda bilmədim. Ailə qurdum. Qızımın adını Leyla qoydum. Mən anam və qızımla birlikdə nənəmin yanına gəldik. O, çox sevindi. Atam gələndə dava yenidən başladı. Atam işə gedəndə ögey anam mənə şər atdı ki, nişan üzüyümü oğurlamısan. Mən heç vaxt oğru olmamaışam. Mənim yastığımın altından nişan üzüyü çıxdı. Belə olanda anam məcbur dedi ki, artıq getməliyik. Mənim bəxtim gətirmədi. Qızımı da tək başına böyütdüm. Sevinirəm ki, nəvələrim var. 3 il əvvəl atam yanıma gəldi ".
Aparıcı bildirib ki, atan 3 il əvvəl səndən halallıq üçün gəlmişdi:"O, ağır xəstəliyə tutulmuşdu. Azərbaycana geri qayıddıqdan sonra 3 ay sonra vəfat edir".
Aysel Yusifqızıшаблоны для dle 11.2



Ən çox oxunanlar