Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Böyük dəyişiklik: Yeni təyinat alan generalların - Dosyeləri

Baxılıb: 391     Tarix: 21-06-2019 10:35   
İyunun 20-də Prezident İlham Əliyev hakim komandada bir sıra ciddi kadr dəyişikliyi etdi. Prezident Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək, Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzaladı.
Prezidentin digər sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov Daxili İşlər naziri təyin edildi.
Daha bir ciddi kadr dəyişikliyi Dövlət Təhlükəsizlik Xidməti ilə bağlıdır. Dövlət başçısı DTX rəisi Mədət Quliyevi vəzifəsindən azad edərək Müdafiə Sənayesi naziri təyin edib. Prezidentin digər sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.
İlk diqqətə çarpan detal budur ki, Prezident heç bir komanda oyunçusunu cəzalandırmayıb - kimlərsə yeni yerindən daha razı, ya da daha narazı ola bilər; lakin əsas mesaj budur ki, İlham Əliyevin generallarına etimadı tamdır, onlara güvənir və genişlənən islahatlar prosesində onları yanında görmək istəyir.
Müşahidəçilərin fikrincə, 20 iyun tarixli sərəncamların ən maraqlısı 25 il Daxili İşlər naziri vəzifəsində çalışmış Ramil Usubovun yeni siyasi vəzifəyə təyinatı və onun boşalmış olan yerinə birinci müavini Vilayət Eyvazovun gətirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi postu dövlət strukturunda kifayət qədər yüksək vəzifədir və dövlətə 25 il nazir kimi xidmət göstərmiş Ramil Usubova etimadın göstəricisi sayıla bilər. Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunması da Prezidentin unikal gedişi sayıla bilər. Vilayət Eyvazov Ramil Usubovun yetişdirməsi və bir növ varisi sayılır: hər zaman siyasi kluarlarda dolaşan bir söhbəti yəqin çoxları xatırlayır: “Usubovdan sonra nazir Vilayət Eyvazov olacaq”. Proqnozlar doğruldu: həm də Azərbaycan Prezidentinin polis nazirliyinə hansı dərəcədə etimad etdiyini bariz nümayiş etdirərək.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Mədət Quliyev yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyində nazir postuna yüksəldilib. Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli fərmanının ləğv edilməsi barədə sərəncam imzalayıb. General Mədət Quliyev Eldar Mahmudovdan qalan ağır mirası dövlət və yeni xələfləri üçün yüngülləşdirmək baxımından əlindən gələni etdi. İndi o, Yavər Camalovun ölümündən sonra başsız qalan çox mühüm bir sahəyə - Müdafiə Sənayesi Nazirliyinə yenidən həyat verməlidir. Ümumiyyətlə, islahatçı xarakteri ilə tanınan Mədət Quliyev bundan əvvəl Penitensiar Xidmətdə, daha sonra isə Təhlükəsizlik Xidmətində həmin sahələrdə islahatlar olması istiqamətində böyük işlər görüb.
DTX-ya isə köhnə peşəkar, Eldar Mahmudov kimi yırtıcı ilə döyüşdən qalib çıxmış Əli Nağıyev gətirilib. O, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində öz zəfər qayıdışını səbirlə gözləyirdi. Onu hətta ən qatı rəqibləri də peşəkar kimi qiymətləndirir, sahəsinin bilicisi sayırlar.
Təhlükəsizlik Şurası nə vaxt yaradılıb və yeni Katibi kimdir?
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 1997-ci ilin aprelin 10-da Prezidentin fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Şuraya vitse-prezident, Milli Məclisin sədri, Baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.
Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edir. R.Usubovun təyinatınadək Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirib.
Təhlükəsizlik Şurasının yeni katibi Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edib. 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.
1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.
1989-1991-ci illərdə DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.
Prezidentin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib və 2019-cu ilin 20 iyununadək bu vəzifədə çalışıb. 3 may 1994-cü il tarixli fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. “Azərbaycan Bayrağı”, “Vətənə xidmətə görə” 2018-ci il sərəncamı ilə “Şöhrət” ordenləri ilə təltif olunub.
Ailəlidir. Üç övladı var.
Vilayət Eyvazovun nazir postuna aparan yolшаблоны для dle 11.2



Ən çox oxunanlar