Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Maşını olanların DİQQƏTİNƏ: Ödəniş artırıla bilər

Baxılıb: 518     Tarix: 24-06-2019 13:56   

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi artırıla bilər.
Qanunvehedef.az "report"a istinadla xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə İSB-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmələr aparılır.
"Bu qiymətləndirmələr əsasında hesabat hazırlanaraq Palataya təqdim olunacaq. Ödənişin maksumal həddi aktualdır. Çünki, son dəyişiklikdən 8 il keçib. Hazırda bu məbləğ 5 min manatdır ki, devalvasiyadan sonra dollarla ifadədə 2 dəfə azalıb. Doğrudur, Azərbaycanda avtomobil qəzası nəticəsində dəyən zərərin məbləği orta hesabla 1 100-1 200 manatdır. Lakin yüzlərlə sığorta hadisəsi var ki, dəyən zərərin məbləği 5 000 manatdan çoxdur. Bu ayın sonunda aktuarilərin təklifləri hazır olacaq, ortaya çıxan rəqəmlərə uyğun addımlar atılacaq. Söhbət sığorta təminatı ilə yanaşı, sığorta tariflərindən də gedir", - deyə R.Əhmədov qeyd edib.шаблоны для dle 11.2