Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kadırovun sözlərinə Leyla Əliyevadan - Reaksiya

Baxılıb: 579     Tarix: 25-06-2019 11:57   

Bizim qısa və spontan görüşümüz oldu. Ramzan Kadırov – çox xoş, səmimi, pozitiv insandır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Aptekarski oqorod" nəbatat bağında Azərbaycan Mədəniyyəti Günü çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi - RAGB-in sədri Leyla Əliyeva "Vestnik Kavkaza" nəşrinə Çeçenistan lideri Ramzan Kadırovla Minskdə II Avropa oyunları zamanı görüşü barədə danışarkən deyib.
Leyla Əliyeva görüşdən sonra Ramzan Kadırovun Azərbaycanla bağlı yazdığı xoş sözlərə görə şad olduğunu qeyd edib.
"Çeçenistanı ziyarət edəcəyimə ümid edirəm. Birlikdə bir çox sahədə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yaxşı işlər görə bilərik. Birlikdə həmçinin qayğıya ehtiyacı olan uşaqlarla bağlı da işlər görmək olar. Ümid edirəm ki, Heydər Əliyev Fondu vasitəsilə respublikanı ziyarət etmək və bu cür sosial layihələrdə iştirak etmək mümkün olacaq. Mən bilirəm ki, Çeçenistanda musiqini sevirlər, çünki musiqi dünyanı daha yaxşı edir. Buna görə də orada konsert təşkil edilməsi də mümkündür", - Leyla Əliyeva bildirib.
Xatırladaq ki, Çeçenistan lideri Ramzan Kadırov Minskdə Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən sonra Azərbaycan-Çeçenistan münasibətlərinin yüksək səviyyədə olması, prezidentlər Vladimir Putin və İlham Əliyevin bu işə verdiyi töhfə, xalqlar arasındakı yaxın münasibətlər barədə yazmışdı. Azərbaycanla mədəni, humanitar və idman sahələrində əlaqələrə yeni impuls veriləcəyini söyləyən Kadırov Leyla Əliyevanı Qroznı şəhərində görməkdən məmnun olacaqlarını bildirmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar